Ukrayna ordusunu ağır, yorucu döyüş gözləyir.
Bu barədə Kiyevdə səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransda deyib.
Ostin F-16 təyyarələrinin Ukraynaya tədarükünün döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirə biləcəkmi sualına cavabında “belə münaqişələrdə sehrli çubuq yoxdur” deyib və bununla Ukraynaya F-16-ların tədarük edilməyəcəyini, həm də döyüş meydanında vəziyyəti Kiyevin xeyrinə dəyişməyin mümkünsüz olduğu mesajını verib.
“Hər şey hərbi imkanlardan və onların inteqrasiyasından asılıdır, istər F-16, istər HIMARS, istərsə başqa silahlar. Hər şey sizin bu imkanlardan necə istifadə edəcəyinizdən və döyüş meydanında lazımı nəticə əldə etmək üçün sinxronlaşdırmağınızdan asılıdır”, – Ostin deyib.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardımının azaldığı və yaxın dövrdə Kiyevin Moskva ilə danışıqlara məcbur ediləcəyi haqda məlumatlar yayılıb.