Qəbələdə “Zəfər günü”nə həsr edilmiş təntənəli bayram tədbiri keçirilmişdir

0
397

8 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev parkında “Zəfər Günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyət nümayəndələrinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları və qazilərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsindən bəhs etmiş, tədbir iştirakçılarını və Azərbaycan xalqını “Zəfər Günü” münasibətilə təbrik etmişdir. Tədbir incəsənət xadimlərinin və musiqi kollektivlərinin konsert proqramı ilə davam etmişdir.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri