Güclü maqnit qasırğası qəflətən YERİ VURDU

0
720

Güclü maqnit qasırğası Yer kürəsini qəflətən vurub.

Bu barədə Tətbiqi Geofizika İnstitutu ( IPG ) məlumat yayıb.

“Noyabrın 5-də günün ikinci yarısında geomaqnit sahəsində narahatlıq qeydə alınıb”, – məlumatda qeyd olunur.

Kosmik hava monitorinqi məlumatlarına görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi sürətlə G3 səviyyəsinə yüksəlib, bu da elmi təsnifata görə “güclü” deməkdir.

Qeyd olunur ki, bu səviyyədə bütün planetdə enerji sistemlərində problemlər, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ transformatorlarının “qaynaması” müşahidə oluna bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiya və yüksək tezlikli radio rabitəsində fasilələr mümkündür.

“Orta enliklərdə auroralar müşahidə oluna bilər”, məlumatda vurğulanır.