Erməni hüquq müdafiəçisi: “Qarabağdan gələnlər Ermənistan polisi tərəfindən cərimələnirlər”

0
217

Ermənistan polisi Azərbaycanın Qarabağ bölgəsindən gedən sakinləri sığortaları olmadığı üçün cərimələyir.

Bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan yazıb.

“Artıq ikinci xəbəri alıram ki, patrul əməkdaşları Qarabağdan gələn erməniləri sığortaları olmadığına görə 100 min dram məbləğində cərimələyirlər.

Bu, Avropanın alqışını almış “demokratiya”dır”, – deyə o bildirib.