“Mədə və psixikamız ayrılmazdır”: Alimlər depressiya ilə mübarizədə effektiv məhsulları tapdı

0
173

Probiotik qatıqlar və müxtəlif tərəvəzlər psixi sağlamlığı yaxşılaşdıra və depressiyanı azalda bilər.

Bu sözləri alman damar cərrahı Bernd Ştekmayer alimlərin araşdırmalarına istinad edərək deyib. O bildirib məhsullar stressə qarşı müqaviməti əhəmiyyətli dərəcədə artırır və ümumilikdə beyin funksiyasını yaxşılaşdırır.

Belə ki, irlandiyalı alim Con Kryan laktik turşu bakteriyası və ya bitki qarışıqları ilə qidalanan siçanlar üzərində araşdırma aparıb. Nəticədə, onların stressə daha yaxşı cavab verməyə və narahatlığın öhdəsindən daha asan çıxmağa başladığı ortaya çıxıb.

“Görünür, mədə və psixika hələ də ayrılmazdır. Duyğular həzmə təsir edir. Stress zamanı mədə ağrısı nadir deyil. Bağırsaqlarda yaşayan kiçik bakteriyalar beynə çox sayda sapları dartırlar”, – Tibb elmləri namizədinin elmi işinə istindən “Business Online” nəşri məlumat verib.

Eyni zamanda qastroenteroloq Emeran Mayer qatığın depressiyaya və aktiv beyin funksiyasına təsirini sübut edib. Onun sözlərinə görə, əgər siz gündəlik rasionunuzu dəyişsəniz, beynin emosional komponentə cavabdeh olan hissələrinə təsir edə bilərsiniz. Qeyd edək ki, təcrübə zamanı xüsusi fermentləşdirilmiş süd məhsullarından istifadə edilib, lakin hələlik adi supermarketdən alınan yoqurtların depressiyaya təsir göstərə biləcəyinə dair heç bir sübut yoxdur.