HƏMAS ETİRAF ETDİ: bu ölkədən İsrailə hücum edilib

0
180

“Əl-Qəssam Briqadaları” (Fələstin HƏMAS hərəkatının hərbi qanadı ) Livandan İsrail ərazisinə hücumlar həyata keçirdiklərini etiraf ediblər .

Bu barədə qrupun yaydığı məlumatda deyilir.

“Əl-Qəssam” Livanın cənubundan İsrailin şimal bölgəsi olan Qalileyə atılan 30 raketin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri (IDF) Livandan raket hücumlarının edildiyini bildirib. İsrail ərazisinə doğru iyirmiyə yaxın raket atışı qeydə alınıb. İDF isə cavab zərbələri endirib.