44 günlük müharibədə “məşhurlaşan” Hovhannisyana vəzifə verildi

0
221

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan sentyabrın əvvəlində yeni vəzifə alıb. 

Bu barədə “Hraparak” məlumat yayıb. O, Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edilib.

Artsrun hərbi fənlərdən dərs deyəcək. Xatırladaq ki, bundan əvvəl o, Milli Assambleyanın Müdafiə və Təhlükəsizlik daimi komissiyasında hərbi ekspert vəzifəsində çalışıb.

Qeyd edək ki, Artsrun Hovhannisyan 44 günlük müharibə zamanı yaydığı dezinformasiyalara görə gündəmə gəlmişdi.