Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib – Lavrov

0
162

Qarabağın Azərbaycanın tərkibinə daxil olması ilə bağlı qərar Ermənistanın baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib. 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İrəvandakı rəsmilər deyəndə ki, 2020-ci ilin noyabrında müharibəyə son qoymaqla bağlı saziş imzalamaqla Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib, bu yalandır. 10 noyabr 2020-ci il tarixli bu müqavilədə yazılıb ki, Qarabağ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır və Qarabağın yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyi ilə bağlı ümumi anlaşma var.
Amma bir il və ya il yarım sonra baş nazir Paşinyan Praqada keçirilən hansısa adi Avropa sammitində Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanıması barədə sənəd imzalamışdı. Bununla da məsələ bağlandı. Daha sonra Brüsseldə bu termini yenidən istifadə etdi”, – Lavrov bildirib.