“Millətin faciəsi ondadır ki, onun tarixində dahilik, böyüklük, hökmranlıq, padşahlıq iddiasında olan təlxəklər də az olmayıb”

0
524
“Millət buraxdığı səhvlərin əsiri olmamalıdır. Yaxşılıqların xülyası ilə yaşayıb onun da əsiri olmamalıdır”
“Bütün həyatımız tarixdir, yaxşısı da, pisi də. Hər ikisini yaxşı bilmək lazımdır- kimlər gəldi, kimlər getdi, kimlər yüksəldi, kimlər yıxıldı. Tarixi elə bilmək lazımdır ki, buraxdığın səhvləri bir də təkrar etməyəsən. Millət buraxdığı səhvlərin əsiri olmamalıdır. Yaxşılıqların xülyası ilə yaşayıb onun da əsiri olmamalıdır. Keçmişi də dərk etməyi bacarmaq lazımdır. Keçmişdə qızıl əsrləri axtaranlar səhv edirlər. Səadəti keçmiş əsrlərdə axtarmaq sadəlöhvlükdür…. Əsl müdrüklük gələcəyi görməkdədir…Dəhşətli odur ki, keçmişin səhvlərini pisləyib həmin yolla da gedirik.
…Millətin faciəsi ondadır ki, onun tarixində dahilik, böyüklük, hökmranlıq, padşahlıq iddiasında olan təlxəklər də az olmayıb. Bütün hökmdarlar hər şeyin azlığından şikayət ediblər, ağıllarının azlığından şikayət edən olmayıb.”
Nəsrəddin Tusi,
Filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi