Mirzoyan: “İrəvan və Bakı Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəliblər”

0
146

“İrəvan və Bakı Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəliblər”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə birgə mətbuat konfransında deyib.

“Vaşinqtonda da müəyyən irəliləyiş əldə olundu, xüsusən də sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı, biz qalan maddələr haqqında səmimi danışıq apardıq. Qeyd edim ki, belə danışıqlar zamanı tərəflər bir-birini daha yaxşı başa düşürlər.

İrəvan və Bakı regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır”, – A.Mirzoyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri mayın əvvəlində Vaşinqtonda 4 günlük görüş keçiriblər.