Paşinyan: “ABŞ-dən sonra Qafqazdakı vəziyyətlə bağlı danışıqlar Rusiyada davam etdirilə bilər”

0
148

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ABŞ-də Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə başlayan danışıqlar Moskvada davam etdirilə bilər.

Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Rusiya və Qərb dövlətləri Ermənistan-Azərbaycan probleminin həlli üçün ayrıca layihələr təqdim etməyiblər.

Xatırladaq ki, mayın 1-dən mayın 4-dək Mirzoyan və Bayramov ABŞ-da Cənubi Qafqazda nizamlanmaya dair danışıqlar aparıblar.