Qubada gəlin qayınanasını ağac parçası ilə DÖYÜB

0
201

Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Hadisə bu il yanvarın 25-də baş verib. 

Aynurə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub. 

İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb: 

“Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.