Ermənistanın Laçın postu ilə bağlı oyunu: Bütün faktlar göz qabağındadır

0
123

Azərbaycan dövləti nəzarət-keçid məntəqəsini öz suveren ərazisində qurub. Hər bir ölkədə buna bənzər qaydalar mövcuddur. Buna etiraz edən ermənilərə cavabımız çox sadə olmalıdır. Görək onların qaydaları biz qurduğumuz nəzarət-keçid məntəqəsindən fərqlənir, yoxsa yox. Əgər fərq yoxdursa, burada etiraza heç bir əsas da yoxdur”.

Bu sözləri açıqlamasındaAzərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Sabiq nazir deyib ki,bu məsələdə tam şəffaf şərait yaradılacaq: “Artıq texnologiya o qədər inkişaf edib ki, ASAN xidmətdə olduğu kimi, orada da onlayn sistem qurula, göstərilən xidməti hər kəs izləyə bilər”.

Onun fikrincə, ermənilər yenə hansısa təxribat törətməyə çalışacaqlar:

“On gün öncə Ermənistan tərəfi sərhəddə təxribat törətdi. Özlərinin yaydığı kadrlar göstərir ki, günahkar onlardır. Artıq elə bir dövrdəyik ki, kimlərisə boş sözlərlə aldatmaq mümkün deyil. Bütün faktlar göz qabağındadır. Ermənilər yenə də həmişə olduğu kimi, ictimaiyyətə oynamağa çalışacaqlar. Amma alınmayacaq, qısa müddətdən sonra bu məsələ yaddan çıxacaq”.

Qeyd edək ki, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.