Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla sülh sazişinin olmamasından əziyyət çəkir”

0
194

Sülh sazişinin olmamasından ən çox Ermənistanın özü əziyyət çəkir, çünki onun Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, həmçinin Sovet dövründə mövcud olan ticarət yolları dağılıb”.

Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Eureporter”ə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina daxil olmaqla, beynəlxalq hüquq prinsipləri əsasında sülh sazişi bağlamağa çalışır.

Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanla İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycanın həyata keçirdiyi işlərdə Avropa İttifaqının mümkün iştirakı rəsmi Bakı üçün vacibdir: “Ermənistanın işğalı zamanı 10 min kvadrat kilometr ərazi tamamilə dağıdılıb”.

E.Əmirbəyov xatırladıb ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh müqaviləsi imzalamağa çağırdığını desə də, ötən ilin sentyabrında o, Azərbaycanın sərhədlərini tanıdığını inkar etmişdi: “Paşinyanın ciddi olub-olmadığına əmin deyilik, çünki bəyanatları ilə onun və ətrafının həyata keçirdiyi konkret hərəkətlər arasında uyğunsuzluq var”.