Türkiyədə zəlzələ: 6,5 bal

0
548

 

Egey dənizinin Türkiyə sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yerli vaxtla 11.39-da qeydə alınan yeraltı təkanların ocağının 18,47 kilometr dərinlikdə olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin İzmir şəhərinin Səfərihisar rayonundan 11,85 kilometr, Quş adasından isə 8,19 kilometr uzaqlıqda baş verib.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Yaşayış ərazilərində hiss olunan zəlzələ əhali arası da təşvişə səbəb olub.

***

Türkiyənin Dənizli bölgəsində şiddətli zəlzələ baş verib.

Zəlzələ Dənizli ilə yanaşı Antalya, Burdur və İspartada da hiss edilib.

Türkiyənin Fövqəladə Hallar Qurumu (AFAD) zəlzələnin 6, Qəndilli rəsədxanası isə 6,5 bal gücündə hiss olunduğunu yazıb.

***

Zəlzələ nəticəsində ölənlərin olmadığı bildirilir. Bir neçə yaralı var.

Qeyd edək ki, dünən də Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ baş vermişdi.

Bir neçə saniyə davam edən təkanlar əhalinin təşvişinə səbəb olmuşdu.