Əlverişli mövqelər Bakının nəzarətində: hazırda bu plan üzrə iş gedir – Abramyan

0
137

Azərbaycan Silahlı Qüvvələri Qarabağda bir neçə on kilometrlik xətt boyu mövqelərini möhkəmləndirir”.

Bunu Ermənistanın “Mənim şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan deyib.

“Azərbaycanın Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəliləməsindən sonra azərbaycanlılar bir neçə on kilometrlik xətt boyunca yerləşdirmə, möhkəmləndirmə, genişləndirmə üzərində işləyirlər. Bəzi istiqamətlərdə irəliləmək mümkün olmayıb, lakin Azərbaycan 5-6 bölmədə daha əlverişli mövqelərə nəzarət etmək imkanı əldə edib. Bakı Qarabağın kommunikasiya marşrutlarına nəzarəti gücləndirir və hansı istiqamətdə hərəkət edəcəyini əvvəlcədən müəyyənləşdirir”, – Abramyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb. Erməni separatçılarının silah-sursat daşımaq üçün istifadə etdikləri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən adsız yüksəkliyi martın 25-də Ordumuz nəzarətə götürüb.

Eyni zamanda Ordumuz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə – Allahqulular və Zamanpəyəsi kəndlərinə də nəzarəti bərpa edib