UNICEF: “Ukraynanın işğalı nəticəsində 500-dən çox uşaq ölüb”

0
140

Ukraynada genişmiqyaslı müharibə nəticəsində 501 uşaq həlak olub. Ölənlərin faktiki sayı daha çox ola bilər.

Bu barədə UNICEF-in icraçı direktoru Ketrin Rassel “Twitter”də məlumat verib.

O, bu məlumatın BMT tərəfindən təsdiqləndiyini vurğulayıb.

“Həqiqi rəqəm çox güman ki, daha yüksəkdir. Zərər çəkmiş ailələr üçün nəticələrin dəhşətini təsəvvür etmək mümkün deyil. Bu, Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi mərhələdir”, – Rassel yazıb.