“İLHAMDIR AZƏRBAYCANA İLHAM VERƏN, QANAD VERƏN”

0
659

Bu gün Prezident İlham Əliyevin, 1-ci vitse- prezident xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın qüdrətlənməsi istiqamətində gördükləri işləri işıqlandırmaq, gələcək nəsillərə tarixin nurlu yaddaşı kimi ərməğan etmək əli qələm tutan hər bir vətənpərvər yazarın müqəddəs borcudur.Əslində bu, belə də var və istərsə mədəniyyət xadimlərimiznin, tarixçilərimizin, istərsə də jurnalist ordumuzun çıxışlarında yazılarında vurğuladığımız bu amillər mütəmadi olaraq zaman-zaman yetişməkdə olan nəsillərin yaddaşlarına hopdurulur. Ancaq təəssüflər olsun ki,gözlə görünən və qulaqla eşidilən uğurlarımız barədə söylənilənlərə dodaq büzənlər, ölkəmizin dinamik inkişafını həzm etməyən qüvvələr də söz meydanlarında bulunmada davam edirlər.Biz İctimai Nəzarət Koalisiyası olaraq bu cür stereotipləri lənətləyir və onların iyrənc, üfunət doğuran iddialarını rədd edir və bu cür tör-töküntülərə qarşı cavab tədbirləri həyata keçirməklə həm onlara yönələn nifrətimizi ifadə edirik, həm də ölkə rəhbərinə olan hədsiz məhəbbətimizi sevimli xalqımıza və bütün dünya azərbaycanlılarına bəyan edirik. Mənim rəhbərlik etdiyim Koalisiyanın tərkibi müxtəlif peşə sahiblərindən ibarətdir.Onların hər biri ictimai nəzarətin tələblərinə uyğun olaraq öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər.Biz haqqı nahaqqa vermirik.Bu, bizim vahid dəyişməz devizimizdir.Haqqı pozulanların yanında olmaqla biz bir növ hər bir azərbaycanlının prezidenti olan İlham Əliyevin insanların sosial-iqtisadi rifahının yüksəlməsinə xidmət edən fərman və sərəncamların icrasını əngəlləyənlərə qarşı barışmaz missiyamızı da ortaya qoymuş oluruq. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olan İlham Əliyevi yekdil səslə prezident seçən xalqın seçiminə hörmətlə yanaşmağı biz hər bir məmurdan tələb edirik. Azərbaycan Prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident xanım Mehriban Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyatımızın bütün sferalarında inqilabi fəaliyyətlərini heçə endirməyə biz Koalisiyaçılar heç kimə imkan vermərik.Heydər Əliyev bizə qurub-yaratdığı Yeni Azərbaycanla bərabər xalqımıza comərd bir oğul da ərməğan qoyub gedib. Və deyib ki, Azərbaycanın müstəqilliyi naminə mən də, oğlum da, ailəmin hər bir üzvü də öz canını qurban verməyə hazırdır.

Bəli, bu gün Azərbaycanın Prezidenti ümumxalq məhəbbəti qazanan liderimiz İlham Əliyevdir və biz bununla qürur hissi duyuruq.
İctimai Nəzarət Koalisiyasında öz prinsipiallığı, əqidə bütövlüyü, savadı və istedadı ilə xüsusilə seçilən ziyalılarımızdan biri olan Media ilə iş departamentimizin sədri şair-publisist Valeh Mirzənən iki ay öncə Heydər Əliyevin ad günü münasibətilə Fəxri Xiyabana ziyarətimiz zamanı abidə önündə bədahətən söylədiyi bir neçə şeir bizi heyran etdi bu şeirlər mənim onun yaradıcılığına diqqətimi birəbeş artırdı.Həmin şeirlər Ümummili lider Heydər Əliyevə həsr olunmuşdu.Koalisiyada çalışdığı il yarım müddət ərzində onun dövlətçiliyimizin sarsılmazlığını ifadı edən siyasi məqalələrini, esselərini, şeir və poemalarını çox oxumuşdum və bəyənmişdim. Özünü heç vaxt siyasətçi adlandırmayan departament sədrimiz əslində heç bir siyasətçi vəzifə sahibinin yaza bilmədiklərini məharətlə ortaya qoya bilir.Mən hələ 2004-cü və 2006-cı illərdə Valeh Mirzənin Heydər Əliyevin və lham Əliyevin siyasi fəaliyyətlərindən bəhs edən iki eyniadlı “Azərbaycan Dövlətçiliyinin Qoşa Qanadı” kitablarını oxuyarkən onun siyasi publisistikasının sanbalına vurulmuşdum.Bu kitabları o,pedaqoji mətbuatın flaqmanı olan “ Azərbaycan müəllimi” qəzetində baş redaktor olarkən yazmışdı.2007-ci ildə müəmmalı şəkildə tutduğu baş redaktor vəzifəsini tərk edən və bugünədək yada düşməyən Valeh Mirzədə çox insanlardan fərqli olaraq bu tarixi şəxsiyyətlərə qarşı məhəbbət hissi zərrəcə azalmamış, əksinə o,daha böyük ruh yüksəkliyi ilə, hədsiz məhəbbətlə öz missiyasını davam etdirməkdədir.Bax, budur kişilik, budur əqidə sahibliyi, budur vətənsevərlik.Məhz bu keyfiyyətlərinə görə biz vahid bir ictimai ailəni təşkil edən İctimai Nəzarət Koalıisiyası olaraq Valeh Mirzənin Azərbaycan dövlətçiliyinə,Ulu Öndər Heydər Əliyevə,əvəzolunmaz Prezidentimiz İlham Əliyevə, 1-ci vitse-prezident xanım Mehriban Əliyevaya həsr etdiyi “İLHAMDIR AZƏRBAYCANA İLHAM VERƏN, QANAD VERƏN” poemasından, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya həsr etdiyi şeirlərdən və şeirlərinə etdiyi tərcümələrdən, eləcə də xanım Mehriban Əliyevanın atası Arif Paşayevə, anası Aidə İmanquliyevaya,babaları-tanınmış yazıçı və alim Mir Cəlal Paşayevə, tanınmış jurnalist və elm xadimi Nəsir İmanquliyevə həsr etdiyi şeirlərdən, bir də seçmə siyasi məqalələrdən ibarət kitabının nəşr olunmasına təşəbbüs göstərdik. Və bu münasibətlə biz istedadlı qələm sahibi olan kolleqamızı ürəkdən təbrik edirik.

RASİM MƏMMƏDOV,
İCTİMAİ NƏZARƏT KOALİSİYASININ SƏDRİ, DAMM-nın I vitse prezidenti, SİMİB-nin rəhbəri