Ukraynanın Kiyev vilayətində dron hücumu nəticəsində mülki obyektə ziyan dəyib, ölənlər və yaralananlar var.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı məlumdur.
Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin və müvafiq fövqəladə hallar xidmətlərinin bölmələri işləyir. Ərazidə baş verən yanğın lokallaşdırılıb.