Tütün məmulatlarından istifadə məhdudlaşdırıla bilər

0
196

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması” haqqında model qanun layihəsinin hazırlanmasını nəzərdə tuturuq”.

Bu fikirləri TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən 8-ci iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Deputat qeyd edib ki, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması aktual məsələlərdəndir:

“Təklif edirik, bu istiqamətdə qanun layihəsi hazırlansın”.

Komissiya üzvləri qanun layihəsinin hazırlanmasına müsbət rəy bildiriblər.