Bulvarda intihar: Gənc oğlan özünü dənizə atdı

0
164

Dənizkənarı Milli Parkda meyit tapılıb.

Dəniz ərazisində aşkar edilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

İlkin araşdırmalara əsasən, ölən şəxsin Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Fərid Əbülfət oğlu Ağazadə olması müəyyən edilib.

İlkin ehtimala görə, Fərid Ağazadə özünü dənizə ataraq intihar edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.