İrandan Azərbaycana gələn vətəndaşlarımız problemlərlə üzləşiblər.
Bu barədə hadisə şahidləri bildiriblər. Qeyd edilir ki, Astara-İran keçid məntəqəsində səhər saatlarından sərhəd bağlanıb.
Problem İran sərhədçiləri tərəfindən yaradılıb. Bildirilir ki, sistem işləmədiyi üçün sənədlərin yoxlanışı dayandırılıb.
Qeyd edək ki, Azərbaycandan da irana keçmək mümkün deyil.