Dövlət Departamenti çağırış etdi: Azərbaycanla Ermənistana

0
261

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırıb.

Vaşinqton sülh yolu ilə nizamlanmaya nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə davam edəcəyini bildirib.

“ABŞ Ermənistan və Azərbaycanı iki ölkə arasında gərginliyi azaltmağa çağırır”. Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.

“Bizim iki ölkəyə – Ermənistan və Azərbaycana və bütövlükdə regiona mesajımız gərginliyi azaltmaq yollarını tapmaqdır. Sabit, dinc kursa qayıtmaq üçün səy göstərilməlidir”, – deyə o bildirib.

Prays əlavə edib ki, ABŞ bu prosesdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edib. Vaşinqton öz məqsədlərinə çatmaq üçün bundan sonra da hər cür töhfə verməyə davam etmək niyyətindədir. Prays ümid edir ki, digər ölkələr də bu yolla gedəcək.

Dövlət Departamentinin nümayəndəsi Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfərinə toxunaraq deyib ki, ABŞ zəlzələdən sonra Türkiyə və Suriya xalqının yanında olan bütün ölkələri alqışlayır