Məşhur seysmoloqdan çağırış: Türkiyəyə getməkdən qorxmayın

0
190

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov bildirib ki, turistlər Türkiyəyə istirahətə getməkdən qorxmamalıdırlar.

Alimin sözlərinə görə, Antalya, Kəmər, Marmaris kimi kurortlar Anadolu plitəsinin sərhədində deyil, özündədir.

“Buna görə də, orada baş verən bütün zəlzələlər istənilən halda Anadolu plitəsinin sərhədindən daha zəif olacaq”, – Vinoqradov bildirib.

O hesab edir ki, “son vaxtlar baş verən güclü və dağıdıcı zəlzələlər daha olmayacaq”.

Vinoqradov onu da qeyd edib ki, Aralıq dənizinin sahilyanı rayonlarında heç vaxt 7 baldan yuxarı zəlzələ olmayıb