Oğlu zəlzələdə həlak olan ana: Balam vəfasız oldu, mənə söz vermişdi ki…

0
185

Malatyada zəlzələdə həyatını itirən Şahin Vəliyevin anası yaşanan dəhşətlərdən danışıb.

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı ölən Şahin Vəliyevin ailəsi hələ də yaşananlara inana bilmir. Alınan acı xəbər Şahinin yaxınlarını tamami ilə sarsıdıb.

Xəbəri eşidən hər kəs 21 yaşlı tələbənin böyüdüyü evə gəlir. Təəssüf ki, ümid dolu baxışları indi göz yaşları əvəz edir. Şahinin anası Esmira Hüseynova deyir ki, oğlunun ölüm xəbərini ilk dəfə sosial şəbəkədən eşidib, daha sonra Türkiyədə olan qardaşı bunu təsdiqləyib.

“Bakıdaydım. Xəbəri sosial şəbəkədən eşitdim. Sonra Malatyada olan qardaşımı yığıdım. Qardaşım, sadəcə cənazəsini göstərdi, dedi ki, götürüb gəlirəm. Balam vəfasız oldu. Məni qoyub getdi. Mənə söz vermişdi ki, səni həyatda tək qoymayacağam.”

Şahin Əliyev evin tək oğlu olub. Özündən sonra kiçik bacısı var. Hadisə zamanı tələbələr qaçmağa çalışsa da, bu, mümkün olmayıb. “Qaçmaq istəyiblər, alınmayıb. Biri pilləkəndə yıxılıb, bir dəhlizdə yıxılıb. Mənim balam dəhlizdə yıxılıb. Hansını haradan tapdıqlarını dedilər. Çıxa bilməyib balam. Bina üstünə yıxılıb”.

21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman yönəticiliyi ixtisası üzrə 4-cü kursda oxuyub. 21 yaşlı tələbəmiz gün ərzində vətənə gətiriləcək və Gəncə şəhərində torpağa tapşırılacaq