Misir Mərdanov: “Ermənistan sülhdən imtina edir, amma biz bu istiqamətdə addımlarımızı davam etdirəcəyik”

0
141

“Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından Prezidentimizə təşəkkür edirik. O öz doğum günündə icmanın inzibati binasını ziyarət edərək, doğum gününü öz ailəsi ilə birlikdə qeyd etmək istədiyini deyib. Bu bizə çox böyük etimad göstərdiyinin nümunəsi idi”.

Bunu Qərbi Azərbaycan İcmasının mətbuat konfransında Misir Mərdanov deyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyası ilə bağlı bir sıra tədbirlər planı hazırlayır:

“Bu tədbirlər planı hazırlandıqdan sonra biz bu barədə də məlumat verəcəyik. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra belə, Ermənistan bizimlə sülh imzalamaqdan imtina edir. Yəqin ki, onların arxasında müəyyən qüvvələr var. Lakin biz bu istiqamətdə addımlarımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqlədiyi Qayıdış Konsepsiyası beş bölmə və on yarımbölmədən ibarətdir.