Berlin metrosunda rusdilli kişilər ukraynalı xanımlara hücum ediblər

0
147

Bir qrup rusdilli kişilər Berlin metrosunda ukraynalı qadınlara hücum edib.

Bu barədə Berlin polisi məlumat yayıb.

Hadisə yanvarın 21-də baş verib.

24 və 25 yaşlı iki xanım Berlin metrosunda hərəkət ediblər. Həmin vaxt qatarda üç rusdilli kişi olub. Xanımları görən kimi onları söyməyə başlayıblar. Daha sonra onlarla birlikdə qatardan düşərək təqib ediblər.

Qəfildən kişilərdən biri 24 yaşlı ukraynalı qadının saçından tutaraq başına zərbə endirib. Bu zaman yoldan keçənlər qadını müdafiə ediblər. Hücum edən şəxs qorxaraq dostu ilə birlikdə hadisə yerindən qaçıb.

Qadın baş ağrılarından şikayətlənsə də, tibbi yardımdan imtina edib. Berlin polisi hadisə şahidlərindən hücum edənlərin tapılmasında yardım istəyib.