Evinə çıxarış almaq istəyənlər üçün MÜHÜM XƏBƏR – VİDEO

0
253

Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Publika.az xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin departament rəhbəri Lalə Əkbərova

Onun sözlərinə görə, çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır. L.Əkbərova deyib ki, bəzən vətəndaşlar ya qanunda nəzərdə tutulmamış, ya da forma və məzmuna uyğun olmayan sənədlər təqdim edir. Ona görə də belə müraciətlərdən imtina edilir.

Qurum rəsmisi onun da deyib ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunmüvafiq qaydada tərtib edilmiş sənədlər təqdim edildikdə müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.

Mövzu ilə bağlı daha ətraflı reportajı təqdim edirik.