Duz ölümcül xəstəliyə səbəb ola bilər

0
202

Rusiyalı teleaparıcı və kardioloq Aleksandr Myasnikov qeyd edib ki, duzdan aktiv istifadə arterial hipertoniyanın inkişaf riski daşıyır. Bu, hətta normal təzyiqi olan insanlar üçün də ölümcüldür.

Həkim xatırladıb ki, duz hələ 2007-ci ildə mədə xərçənginə səbəb olan kanserogen kimi tanınıb.

Ekspertin sözlərinə görə, digər ölkələrlə müqayisədə Rusiya Federasiyasında duz daha çox istehlak olunur. Dünya üzrə adambaşına istehlak olunan duzun miqdarı orta hesabla 6 qram olsa da, Rusiyada bu göstərici 12 qrama bərabərdir.

Yaşı 51-dən yuxarı olan, yüksək qan təzyiqi, şəkərli diabet, böyrək, ürək və damar xəstəlikləri olanlar isə gündə 1,5 qramdan çox duz qəbul etməməlidirlər. Belə ki, piştaxtalarda satılan ərzaq məhsullarının tərkibində də çoxlu duz var.