Hulusi Akar: “Türkiyə Moskva ilə Kiyev arasında vasitəçilik imkanını saxlamalıdır”

0
141

Türkiyə hakimiyyəti Rusiya ilə tammiqyaslı dialoq aparmaq və Moskva ilə Kiyev arasında vasitəçilik etmək imkanını saxlamalıdır.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Financial Times”a müsahibəsində deyib.

“Kimsə Rusiya ilə danışmalıdır. Dialoq olmasa, biz çıxılmaz vəziyyətə düşəcəyik. Biz Qərbdən prezidentimizə minnətdarlıq gözləməliydik”, – TASS onun sözlərini sitat gətirir.

Hulusi Akar qeyd edib ki, taxıl müqaviləsi ilə bağlı razılaşma ölkələr arasında sülh razılaşmasının əldə olunması üçün bir model ola bilər.