“Qarabağ”ın daha bir futbolçusu “Krasnodar”a transfer olunur?

Qarabağ”ın futbolçusu Leandro Andradenin “Krasnodar” klubuna transfer olunma durumuna aydınlıq gəlib.

Bu barədə yarımmüdafiəçinin meneceri Uqo Kayudo Rusiya mətbuatına açıqlama verib. O, Premyer Liqa təmsilçisindən təklif almadıqlarını bildirib:

“Rusiyadan bizimlə heç kim əlaqə saxlamayıb. Bəlkə də, klub maraqlanır, amma mən bu barədə heç nə bilmirəm”.

Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir