Bayram günlərində necə qidalanmalıyıq? – AÇIQLAMA

0
168

“Vətəndaşlar adi günlərdə rejimləri necədirsə, bayram günlərində də həmin formada davam etsinlər”.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur. 

Onun sözlərinə görə, ən böyük səhvimiz fasiləsiz qidalanmağımızdır:

“Bayram günlərindən öncə mədədə qıcqırma, öd daşı, qastrit, mədə xorası problemi həll edilməlidir. Hər birimizin günlük vərdişləri var. Həzmdən kənara çıxmalar normaların pozulmasına, sağalan xəstəliklərin geri qayıtmasına səbəb olacaq. Qidalanmada fasilə çox önəmlidir”.