Cənnətdəki doğum günün mübarək olsun Şəhidim

0
260

Bakı şəhəri Yasamal rayonu 258 nömrəli tam orta məktəb şəhid Ümman Əmraslanovun ad günün qeyd etdi.

Tədbirdə məktəbin direktoru, müəllim, şagirdi kollektivi,ailə üzvləri iştirak etdi.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəhid Ümman Əmraslanovun haqqında geniş məlumat verilib,onun qəhrəmanlıgından danışılıb.

Şəhidin ailəsi çıxış edərək ,şəhidləri unutmayanlara öz təşəkkürünü bildirmişdir.

Tədbir çay süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri