Milli Məclisdə Xankəndi yolundakı etiraz aksiyasından DANIŞILDI

0
154

“Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar aksiya keçirirlər, Azərbaycan xalqı sərvətlərin talanmasına qarşı etiraz edir. Onların tələbləri haqlıdır”.

Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, Azərbaycan gənclərinə baxanda fəxarət hissi keçirir. 

“Belə gəncləri, güclü Ali Baş Komandanı olan dövlət daha böyük qələbələrə layiqdir”, – deyə o əlavə edib. 

Xatırladaq ki, Şuşa-Xankəndi yolundakı aksiyalar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə yönəlib.  

Azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbini səsləndirirlər. 

Bundan əvvəl isə, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.