Ermənistan parlamentinin spikeri Alen Simonyan Şuşa-Xankəndi yolundakı aksiya ilə əlaqədar yaranan vəziyyətlə bağlı danışarkən deyib ki, sülhməramlıların mandatı müzakirə olunmalıdır.
Simonyan müşahidəçilərin və ya sülhməramlıların beynəlxalq mandatını müzakirə etmək üçün beynəlxalq tərəfdaşlarla ciddi söhbəti zəruri hesab edir.
O, mümkün variant kimi ATƏT-in keçmiş Minsk qrupunun 12 üzv dövlətinin iştirakı ilə müşahidəçiləri göstərib.
“Ola bilsin ki, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq, Qarabağın təhlükəsizliyinin təmin edilməsi üçün başqa variantları nəzərdən keçirmək lazım gələcək”, – deyə spiker bildirib.