Aqil Abbas: “Hadisələr sülhməramlıların gözünün qarşısında olur, adlarını sülənənməramlı qoymuşam”

0
235

“Terroru maliyyələşdirən ABŞ, Fransa və Rusiyadır. Bu günə qədər də Ermənistanı silahlandıran bu ölkələrdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Aqil Abbas bildirib.

Aqil Abbas deyib ki, sadəlövh olmayaq:

“Bu gün bütün hadisələr sülhməramlıların gözlərinin qarşısında olur. Mən onların adını sülənənməramlı qoymuşam. Bunların adını çəkməkdən qorxmayaq. İran da namərd ölkədir. Bunu bilirik. Amma o birilərin də adını çəkək”.

Komitə sədri Ziyafət Əsgərov deyib ki, məqsədimiz İrandan, Ermənistan və digər dövlətlərdən terrorizmi maliyyələşdirən kanalların qarşısını kəsməkdir.