Azərbaycan Fransanın müstəmləkələrinin müstəqilliyini tanıyacaq? – DETALLAR

0
174

Fransanın Azərbaycanla bağlı atdığı qanunsuz addımlara adekvat cavab verilməkdədir. Milli Məclis tərəfindən bəyannamə qəbul edildi, müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı və nota təqdim olundu. Vətəndaş cəmiyyəti tərəfindən müxtəlif təpkilər, etirazlar səslənməkdədir. Türkiyə Böyük Millət Məclisi ölkəmizə dəstəyini ifadə etdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Fransanın Azərbaycana qarşı atdığı son bədnam addımlarla bağlı danışarkən deyib.

Deputatın fikrincə, Fransa ilə Azərbaycan arasında mövcud olan iqtisadi, siyasi, humanitar əməkdaşlıq əvvəlki kimi ola bilməz:

“Münasibətlərə yenidən baxıla bilər. Bu, əsasən, Fransanın atdığı növbəti addımlardan asılıdır. Əgər Senatın qəbul etdiyi qətnamələr prezident tərəfindən təsdiqlənərsə, onda daha sərt, daha prinsipial və qətiyyətli siyasət ortalığa qoymalıyıq.

Müstəmləkələrin tanınmasından tutmuş, bu ölkənin müxtəlif xalqlara qarşı törətdiyi soyqırımların, qətliamların beynəlxalq platformalarda müzakirəyə çıxarılmasına qədər… Dost ölkələrlə, bəzi beynəlxalq təşkilatlarla birlikdə Fransanın 21-ci əsrdə də müstəmləkəçilik siyasətini davam etdirdiyini ifşa etmək olar.

Parisdəki səfirliyimizə hücumla bağlı heç bir tədbirin görülməməsi, cinayətkarların cəzlandırılmaması da fransızların beynəlxaq hüquqa, öhdəliklərə münasibətinin göstəricisidir. Bu ona işarədir ki, Fransa, “türkofob”, “islamofob” siyasətini davam etdirəcək. Hətta orta əsrlərdə, müharibələr zamanı belə, dipolimatik nümayəndələrin, elçiliklərin təhlükəsizliyi təmin olunub. Bu, hər bir ölkə üçün şərəf məsələsidir. Görünür, Fransada, bir çox sahələrdə olduğu kimi, burada da deqradasiya baş verir. Biz hüquq müstəvisində işimizi davam etdirməliyik”.