Rusiyalı həkimlərin sözlərinə görə, çətənə və kətan yağı insanları infarktdan qoruyur.
Omeqa turşuları yüksək olan qidalar qan damarlarını daha elastik saxlamağa və onları xolesterindən azad etməyə kömək edir.
Bildirilir ki, kətan toxumu yağı Omega-3 tərkibinə görə ən yüksək qidadır. 100 qram yağda 53 qram turşu var. Bu yağdan salatlarda istifadə edilməsi çox vacibdir.
Kardioloqlar qeyd edib ki, çətənə yağı da ən az kətan toxumu yağı qədər faydalıdır. Belə ki, bu yağların müntəzəm istifadəsi qan damarlarının vəziyyətini yaxşılaşdıra və infarktdan qoruya bilər.
Qan-damar sistemi üçün xeyirli qidalardan danışan həkimlər, eyni zamanda təhlükəli məhsullardan da söz açıblar. Onlar qırmızı əti ürəyin fəaliyyəti üçün ən təhlükəli qida adlandırıblar.