“Sədərək”də mağazaya BASQIN: Sahibkarın 30 000 manatı ələ keçirildi

0
169

“Sədərək” Ticarət Mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Hadisə noyabrın 11-də qeydə alınıb.

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə
xəsarət yetirib.

Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.