Putin xarici muzdluların orduda döyüşməsinə RƏSMƏN İCAZƏ VERDİ

0
202

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xarici muzdlulara Rusiya ordusunda xidmət etməyə rəsmən icazə verib.

Müvafiq sənəd artıq Kremlin saytında dərc olunub.

Qeyd olunur ki, Rusiya rəhbərinin fərmanı ilə 1999-cu ildə hərbi xidmət keçmə qaydası haqqında əsasnaməyə dəyişiklik edilir. İndi əcnəbilər Rusiya Federasiyasının vətəndaşları ilə bərabər orduda xidmət edə bilərlər.

“Rusiya Federasiyasının vətəndaşı olan əsgərlər, matroslar, çavuşlar, komandirlər, o cümlədən xarici dövlətin vətəndaşlığı və ya yaşayış icazəsi və ya xarici vətəndaşın dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənəd olanlar”, – sənəddə deyilir .

Sənəddə qeyd edilir ki, söhbət təkcə müqaviləli xidmətdən deyil, həm də hərbi xidmətdən gedir.

İstintaqda olan, təqsirli bilinən və ya məhkumluğu ödənilməmiş əcnəbilər tərəfindən xidmət müqaviləsi bağlana bilməz. Eyni müddəa ruslara da aiddir.

Bundan əlavə, narkotik vasitələrə görə inzibati cəza müddəti başa çatmamış əcnəbilər tərəfindən müqavilə bağlana bilməz