PKK İstanbul terroruna görə məsuliyyəti üzərindən atdı

0
195

PKK İstanbulda baş verən terror aktında iştirakını rədd edib.

Bu barədə “Rudaw” xəbər yayıb.

“PKK Taksimdə, İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi olmadığını bəyan edib”, – deyə kürd telekanalı bildirib.

Xatırladaq ki, polis bomba yerləşdirməkdə şübhəli bilinən şəxsi həbs edib. İstanbul polisinin məlumatına görə, hücumu həyata keçirən qadın kürd silahlıları tərəfindən təlim keçdiyini bildirib. Suriya vətəndaşı Türkiyədə terrorçu sayılan Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə olduğunu etiraf edib.