Dekabr-fevral aylarında Avropada havanın anormal dərəcədə isti olacağı ehtimalı var.
Qarşıdan gələn qışda Avropa çox güman ki, anomal istilərlə üzləşəcək – temperatur tarixi göstəriciləri keçəcək.
Alimlər hesab edirlər ki, Baltik, Aralıq və Şimal dənizlərinin sahilyanı ərazilərində orta səviyyədən yuxarı temperatur qeydə alınacaq. Böyük Britaniyada, Mərkəzi və Cənubi Avropada qış 50-60% ehtimalı ilə isti keçəcək, Fransa və Almaniyada yağıntılar daha az düşəcək.
Qeyd olunur ki, yüksək temperatur hazırkı enerji böhranında qiymət artımı müşahidə olunan təbii qaza tələbi zəiflədə bilər. İsti havalar Avropa ölkələrinin anbarlarını doldurduğu yanacaq çatışmazlığının qarşısını almağa kömək edəcək.