Rusiyanın verdiyi səyahət sənədləri tanınmayacaq

0
225

Avropa Şurası və Avropa Parlamentinin rəhbərliyi Rusiya tərəfindən Ukrayna və Gürcüstanın işğal altındakı separatçı bölgələrində verilmiş səyahət sənədlərinin tanınmaması ilə bağlı razılığa gəlib.

Bu barədə Avropa Şurasının saytında dərc olunub.

Razılaşdırılmış mətn rəsmi təsdiq prosedurundan keçməzdən əvvəl Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilməlidir.

Qərarın Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə, bundan başqa Rusiyanın Gürcüstanın regionlarının – Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” birtərəfli qaydada tanınmasına cavab olduğu bildirilir.

Digər Avropa ölkələri isə bu sənədləri tanınmamaqla bağlı qərar qəbul etmək prosesindədir