Erməni üzsüzlüyü sərhəd tanımır: Azərbaycan musiqi alətlərini özününkü kimi təqdim edirlər

0
1946

Ermənistan Azərbaycan xalqına məxsus olan milli mədəniyyət nümunələrini öz adına çıxarmaqda davam edir. Bununla da onlar Azərbaycanın mədəniyyət nümunələrini özününküləşdirməyə çalışırlar.

Belə ki, Ermənistan balaban və digər milli musiqi alətlərimizi öz adları altında Cenevrə Etnoqrafiya Muzeyinə hədiyyə etmək qərarına gəlib.

Artıq bununla əlaqədar Cenevrə Etnoqrafiya Muzeyinin və Ermənistanın Cenevrədəki səfirliyinin nümayəndələrinin görüşündə razılıq əldə olunub.

Qeyd olunur ki, Ermənistan Milli Musiqi Alətlərinin Bərpası və İnkişafı Fondu hədiyyə olaraq Cenevrə Etnoqrafiya Muzeyinə iki kamança, iki qanun, üç balaban və iki tütək hədiyyə edəcək.