Ceyhun Bayramov: “Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə oluna bilməz”

0
218

“Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə oluna bilməz”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəhliz yalnız üç məqsəd üçün istifadə oluna bilər: “Bunlar vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınmasıdır. Üçtərəfli bəyanatda da bu açıq qeyd olunub”.