ABŞ-da qadın soyğunçunu tuta bilmirlər – 10 min mükafat qoydular

0
474

ABŞ-da “çəhrayı quldur” ləqəbli qadın soyğunçunu yaxalamaq üçün mükafat təsis olunub.

ABŞ-da dörd bankda soyğunçuluq etmiş qadının yerini kim desə, 10 min dollar mükafat alacaq.

ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, dörd soyğunun ikisində əlində çəhrayı çanta olan kimliyi müəyyənləşdirilməmiş qadına şərti olaraq “çəhrayı quldur” adı veriblər.

Soyğunların dördü də ölkənin şərq ştatlarında – Pensilvaniya, Delaver və Şimali Karolinada baş verib.

Bütün oğurluqlar isə eyni sxemlə olub. Qadın kassaya yaxınlaşıb, “pulları verin” yazılmış kiçik məktubu uzadıb, pulları alıb və gedib.

Onun nə qədər pul oğurladığı isə bəlli deyil.