Bakı – Dubay uçuşunda həyəcanlı anlar

0
500

Bakıdan Dubaya uçan Azərbaycan Hava Yolları J2-015 reysinin kapitanı geri dönüb Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsini istəyib.

Airbus A319 təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorun işə düşməsi olub.

Bakı vaxtı ilə 23:28-də təyyarə Bakı hava limanına təhlükəsiz eniş edib. Təyyarəyə baxışdan sonra məlum olub ki, detektor səhvən işə düşüb.

Ümumilikdə, laynerdə, təyyarənin heyəti də daxil olmaqla 113 nəfər olub, xəsarət alan olmayıb.

Sərnişinlər ehtiyat təyyarə ilə Dubaya uçacaqlar.