Bu sözləri “Jara 2019” Beynəlxalq Musiqi Festivalının açılış mərasimindən əvvəl baş tutan mətbuat konfransında iştirak edən Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisti Aygün Kazımova haqda danışarkən söyləyib.
“O çox istedadlı artistdir. Onun səsi mənim çox xoşuma gəlir”, – deyə Rusiya estradasının kralı qeyd edib.
İyulun 26-da “Jara” festivalında Kazımova ilə bərabər “Jalma” mahnısının yeni versiyası ilə tamaşaçıların qarşısında çıxış edəcək Kirkorov Xalq artistinə növbəti təklifini də edib:
“Əgər mən payızda Bakıda solo konsertlə çıxış edəcəyəmsə, çox istərdim ki, Aygün bu mahnı ilə səhnəyə xüsusi qonaq qismində çıxsın. Aygün, əgər sən məni eşidirsənsə, mən səni rəsmi şəkildə konsertimə mənimlə duet ifa etməyə dəvət edirəm”.
F. Kirkorov bildirib ki, “Jalma” üçün iki gün ərzində tanınmış musiqi prodüseri Alisher tərəfindən Bakıda klip də çəkiləcək.
Xatırladaq ki, Filipp Kirkorov ötən il Bakıda keçirilən “Jara” festivalının məbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab vermişdi. Qarşılıqlı razılığın ardınca “Jalma” mahnısının yeni versiyası bu günlərdə təqdim edilmişdi.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi