“Euronews” gürcü dilində xəbərlər yayımlayacaq

0
630

Dünyanın aparıcı xəbərlər kanalı olan “Euronews” Gürcüstanda fəaliyyətə başlayır.

Bununla bağlı yerli “Silknet” şirkətinin Müşahidə Şurasının sədri Giorgi Ramişvili və kanalın baş direktoru Mişel Peters arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədə əsasən, “Euronews” kanalının Gürcüstan xidməti beynəlxalq və yerli xəbərləri gürcü dilində yayımlayacaq. Xəbərlərin 20%-i Gürcüstana aid olacaq.

Xidmət müstəqil olacaq və formalaşdırılacaq redaksiya heyətinin fəaliyyətinə “Euronews” kanalının rəhbərliyi nəzarət edəcək.

Qeyd edək ki, 1993-cü ildə yaradılan “Euronews” dünyanın 160 ölkəsində 12 müxtəlif dildə yayımlanır.