Almaniya və Belçikada temperatur rekordları qeydə alınıb

Almaniyanın Qaylenkirxen şəhərində anomal istilər qeydə alınıb.

Termometrdə göstərici 40,5 dərəcə selsi səviyyəsinə qədər yüksəlib. Bu isə Almaniyada temperatur rekordudur.

Belçika da istilik rekordu müəyyənləşib – 40,2 dərəcə. Rekord ölkənin şərqindəki Lyej bölgəsində qeydə alınıb.